Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan sərgi açılıb
06.06.2018 09:20
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə sərgi açılıb.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunan sərgidə şairin kitabxana fondlarında qorunan seçilmiş əsərləri - “Duyğu yarpaqları”, “Qaya” (şeirlər və poemalar), “Əbədiyyət nəğməsi”, həmçinin ədibin xatirəsinə həsr edilən “Mikayıl Müşfiq”, “Müşfiqin duyğu yarpaqları”, “Müşfiqli günlərim”, “Müşfiq incəlikləri”, “Üç budaq”, Müşfiq və folklor” kitabları nümayiş olunur.

İyunun 11-dək davam edəcək sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunub və Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: