www.science.az
07.06.2018 10:50

"Qlobal enerji"mükafatının laureatlarının adları acıqlanıb

"Qlobal enerji" beynəlxalq mükafatının builki laureatları Rusiya Elmlər Akademiyasının (REA) akademiki Sergey Alekseyenko və professor Martin Qrin (Avstraliya) olublar.

REA-nın Sibir Bölməsinin İstilik Fizikası İnstitutunun sabiq direktoru, akademik Sergey Alekseyenko sözügedən mükafata müasir enerji və enerjiyə qənaət texnologiyalarının yaradılmasının istilik fiziki əsaslarının hazırlanması və onların elektrik stansiyalarının, tullantı emalı müəssisələrinin modernləşdirilməsində tətbiqi, həmçinin müxtəlif sistemlərin soyutma konsepsiyasının işlənməsinə görə layiq görülüb.

Professor Martin Qrinə isə bu mükafat fotoelektrik energetika sahəsində apardığı tədqiqatlara və təhsil sahəsindəki fəaliyyətinə görə təqdim olunub.

2002-ci ilin noyabrında təsis olunan "Qlobal enerji" beynəlxalq mükafatı energetika sahəsində həyata keçirilən elmi işlərə, energetikanın inkişafında yeni imkanlar yaradan fundamental tədqiqatlara, kəşf və ixtiralara görə verilir.

Qeyd edək ki, mükafat qismində laureatlara diplom, xatirə medalı, qızıl fəxri döş nişanı və 39 mln. rubl məbləğində pul verilir.

www.tass.ru