www.science.az
08.06.2018 15:24

Akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Səsvermədə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. 

Alternativsiz namizəd olan akademik Akif Əlizadə 66 həqiqi üzvün səsini alaraq, növbəti beş il müddətinə yenidən AMEA-nın prezidenti seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.