www.science.az
11.06.2018 09:46

"Az-Granata" Ağsu şirə və şərab emalı zavodunun əməkdaşları Mikrobiologiya İnstitutunda təcrübə keçiblər

"Az-Granata" Ağsu şirə və şərab emalı zavodunun əməkdaşları 14 may - 8 iyun tarixlərində AMEA-nın Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasında elmi-praktiki təcrübə keçiblər.

Elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi məqsədilə keçirilən məşğələni institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov və laboratoriyanın müdiri, biologiya üzrə elmlər doktoru Könül Baxşəliyeva aparıblar.

Təlimlərdə zavodun əməkdaşları şirə və şərab istehsalı zamanı tələb olunan mikrobioloji analizlərin aparılması, bakteriya və göbələklərin müəyyənləşdirilməsi, identifikasiyası, eləcə də mikrobioloji təhlükəsizliyin təmin edilməsi üçün lazımi metod və yanaşmalarla tanış olublar.

Sonda zavod əməkdaşları müvafiq sertifikatlarla təmin ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.