Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunub
12.06.2018 09:40
  • A-
  • A
  • A+

“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunub

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiyası işıq üzü görüb.

Seyid Səbrinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında sistemli araşdırmaların nəticəsi olan yeni nəşr filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktorları - Ramiz Qasımov və Əli Həşimovun rəyi ilə çap olunub.

Monoqrafiyada XX əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan Seyid Səbri Əsədlinin (1896-1974) mühiti, həyatı, ədəbi fəaliyyətinin əsas istiqamətləri və bədii yaradıcılığından bəhs olunur.

Əsərdə ilk dəfə olaraq Seyid Səbrinin vaxtı ilə mətbuatda dərc edilən yazıları, bu günədək heç yerdə çap olunmayan lirik və satirik şeirləri, felyetonları və pyesləri tədqiqata cəlb edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: