www.science.az
13.06.2018 16:59

Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətlərinə dair monoqrafiya Latviya nəşriyyatında çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Gülnar Qasımlının “Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” adlı dissertasiya işi Azərbaycan dilindən rus dilinə tərcümə edilərək “Lambert Academic Publishing” nəşriyyatında çap olunub.

Müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edən monoqrafiya G.Qasımlının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya mövzusu üzrə hazırlanıb. Kitabda Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri, müstəqillik dövründə yazılan poemalar, problemlər və perspektivlərə dair araşdırmaların nəticələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.