Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçiriləcək
29.04.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçiriləcək

2 may 2014-cü il tarixdə saat 11:00-da AMEA-nın əsas binasında AMEA Botanika İnstitutu, Fribourg Təbiət Tarix Muzeyi (İsveçrə), Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI, Birləşmiş Krallıq) və NG Tornay Dizayn Kompaniyasının (İsveçrə) təşkilatçılığı ilə “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərginin açılış mərasimi keçiriləcək.

Sərgidə Azərbaycanın Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında məlumat zənginliyi ilə yanaşı, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi də nümayiş etdiriləcək.

Bildirək ki, açılış mərasimində 6 ölkənin (İsveçrə, Böyük Britaniya, İtaliya, Yunanıstan, Gürcüstan, Cin) 15-ə qədər nümayəndə heyəti və Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı Avropa dövlətlərinin səfirlik nümayəndələri iştirak edəcək.

Burada həmçinin H.Əliyev Mərkəzinin, bir sıra dövlət təşkilatları və nazirliklərin nümayəndələri, AMEA Rəyasət Heyəti və Bölmə üzvləri, müvafiq institutların rəhbərliklərinin iştirakı gözlənilir. Tədbirdə AMEA-nın prezidenti akademik Akif Əlizadə və İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri cənab Pascal Aebischer çıxış edəcəklər.

Qonaqları Botanika İnstitutunun direktoru, professor Validə Əli-zadə və Fribourg Təbiət Tarix Muzeyinin botanika kolleksiyasının rəhbəri, professor Gregor Kozlovski salamlayaraq məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, sərgi AMEA Botanika İnstitutu və Fribourg Təbiət Tarix Muzeyinin müştərək layihəsi çərçivəsində həyata keçirilir. İkitərəfli müqavilə üzrə sərgi üçün İsveçrədən Azərbaycana gətirilmiş bütün avadanlıq və ləvazimatlar Botanika İnstitutuna hədiyyə edilir və bir il müddətində institutda yeni yaradılan Botanika Muzeyində nümayiş etdiriləcək.

AMEA Botanika İnstitutu

Elmi İnformasiya və İnnovasiya şöbəsi

Əlaqə:

(012) 502 43 96

(070) 530 21 03

botanika.xeber@gmail.com

hh.esmal@hotmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir
  • Paylaş: