Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.06.2018 10:08
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Milli Ordumuzun 100 illik yubileyi qeyd edilib

Mərkəzi Elmi Kitabxanada Milli Ordumuzun 100 illik yubileyi qeyd edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti – 100 işığında Azərbaycan Silahlı Qüvvələri Günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir keçirib.

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova MEK-in informasiya toplayan, mühafizə edən və paylaşan qurum olması ilə yanaşı, informasiyanı istehsal edən innovativ müəssisə olduğunu diqqətə çatdırıb. O, kitabxananın Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrasına töhfəsindən - milli rəqəmsal yaddaş, sərbəst elektron resurslar və informasiyanın başqa tətbiqi sahələrində əlaqələndirilmiş fəaliyyətindən danışıb.

Daha sonra çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Mikayıl Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı və məşəqqətli hərb yolundan danışıb. Müstəqilliyin bərpasından sonra ordu quruculuğu sahəsində aparılan məqsədyönlü siyasətdən və sürətli inkişafdan söz açan polkovnik Milli Ordumuzun döyüş hazırlığı barədə məlumat verib.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmindən, hər iki ölkədə ordu quruculuğunun qədim və zəngin tarixə malik olmasından danışıb.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məzunlarının hazırladığı “Günlər” filmi nümayiş olunub.

Tədbirin sonunda Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin rəhbərliyi adından MEK-in kollektivinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə" fəxri diplom təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: