Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycanın Milli Qəhrəmanına məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə verilib
28.06.2018 09:24
  • A-
  • A
  • A+

Azərbaycanın Milli Qəhrəmanına məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə verilib

Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilovun şəxsi materialları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Həmin materiallar arasında Eldar Xəlilovun hərbi geyimləri, cib kitabçası, üzüyü və digər şəxsi əşyaları, eləcə də Milli Qəhrəman haqqında nəşr edilmiş kitablar var.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Eldar Xəlilov (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: