Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev: “AzScienceNet şəbəkəsi Azərbaycan elm və təhsil ictimaiyyətinin Avropaya inteqrasiyasını təmin edən virtual körpüdür”
29.06.2018 15:05
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “AzScienceNet şəbəkəsi Azərbaycan elm və təhsil ictimaiyyətinin Avropaya inteqrasiyasını təmin edən virtual körpüdür”

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda AzScienceNet elm kompüter şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyasının məqsədlərindən söz açıb. Bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrini gücləndirmək, eləcə də EaPConnect layihəsi çərçivəsində GEANT şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərini ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim etmək qarşıda duran əsas hədəflərdir. Əlavə edib ki, Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi də vacib məsələlərdəndir.

Sonra alim bir sıra problemlər və perspektivlər haqqında fikirlərini bölüşüb. O, AzSceinceNet şəbəkəsinin fasiləsiz və prioritet enerji təminatı üçün xüsusi tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra texniki, iqtisadi və maliyə problemlərinin həll edilməsinin zəruri olduğunu qeyd edib.

“AzScienceNet şəbəkəsi Azərbaycan elm və təhsil ictimaiyyətinin Avropaya inteqrasiyasını təmin edən virtual körpüdür”, – deyə bildirən akademik, ölkəmizin elm və təhsil müəssisələrinin kompleks olaraq Avropanın GEANT şəbəkəsinə qoşulmasının zəruriliyini önə çəkib. Qeyd edib ki, Azərbaycanın GEANT şəbəkəsinə qoşulması ölkə daxilində həm elmi təşkilatların, həm də təhsil qurumlarının vahid şəbəkə ilə əhatə olunmasını zəruri edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: