Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb
05.07.2018 11:15
  • A-
  • A
  • A+

Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb

İtaliyanın Roma şəhərində baş tutan Qravitasiya fizikası sahəsində "Marsel Qrossman Meeting" konfransı çərçivəsində Marsel Qrossman mükafatı laureatlarının adları açıqlanıb.

Mükafata 75 yaşlı rusiyalı astrofizik Rəşid Sünyayev (Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu, Almaniyanın Maks Plank Cəmiyyətinin Astrofizika İnstitutu), Layman Peyc (ABŞ-ın Prinston Universiteti) və çinli riyaziyyatçı Şintun Yau (ABŞ-ın Stouni-Bruk, Stenford və Harvard Universitetləri) layiq görülübər.

R.Sünyayev relikt şüalanmanın öyrənilməsi vasitəsiylə kainatda müşahidə olunan ilk elekromaqnit proseslərin hərtərəfli tədqiqatına dair nəzəri üsulların işlənilməsinə, L.Peyc NASA WMAP missiyasının həyata keçirilməsində Devid Vilkinsonla qarşılıqlı əlaqə və Atakamada yerləşən kosmoloji teleskopa hazırki rəhbərliyinə, Ş.Yau isə ümumi nisbilik nəzəriyyəsində bütöv kütlənin müsbətliyinin sübutu, kvazilokal kütlə anlayışının təkmilləşdirilməsi, Kalabi hipotezinin sübutu və Qara dəliklərin fizikası sahəsində apardığı tədqiqatlarına görə bu mükafata layiq görülüblər.

Tədbirdə Marsel Qrossman mükafatı, həmçinin relikt şüalanmanın eksperimental öyrənilməsinə görə Avropa Kosmik Agentliyinin “Planck” Kosmik Rəsədxanasının elmi kollektivi və fundamental fizika, astrofizika və texnologiyalar sahəsində apardığı fənlərarası işlərinə görə ABŞ-ın Stenford Universitetinin Eksperimental Fizika laboratoriyasına təqdim olunub.

Qeyd edək ki, XIX əsrin sonları-XX əsrin əvvələrində riyaziyyat sahəsində tanınmış isveçrəli alim Marsel Qrossmanın adını daşıyan bu mükafat 1985-ci ildən etibarən üç ildən bir Relyativist Astrofizika üzrə Beynəlxalq Mərkəzlər Şəbəkəsi (ICRANet) tərəfindən qravitasiya fizikası və astrofizika sahəsində fəaliyyət göstərən alimlərə verilir.

www.indicator.ru

  • Paylaş: