Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA regionlarda elmin kütləvi təbliğini davam etdirir
02.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA regionlarda elmin kütləvi təbliğini davam etdirir

2 may 2014-cü il tarixdə saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birgə Xaçmaz rayonu Susay kənd tam orta məktəbində məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirəcək.

Gənc alimlər elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədi ilə təşkil olunan tədbirdə fizika, kimya və biologiya fənlərinə dair əyləncəli təqdimatlar nümayiş etdirəcəklər.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi və Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyəti tərəfindən AMEA-nın Fizika, Radiasiya Problemləri, Kataliz və Qeyri-Üzvi Kimya institutları, həmçinin Mərkəzi Nəbatət Bağında təcrübələrə sınaq baxışı keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: