Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

10.07.2018 15:22
  • A-
  • A
  • A+

Bu gün "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

Bu gün "Elm və İnnovasiya" proqramının  növbəti buraxılışı yayımlanacaq

10 iyul 2018-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş 1970-1983-cü illərdə Elmlər Akademiyasının prezidenti olmuş, Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiri­ci­lər fizi­kası və texnikasının əsasını qoymuş, akademik Həsən Abdullayevin elmi, elmi-təşkilati və ictimai fəaliyyətinə həsr olunacaq.

Proqramın qonaqları AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və həmin institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: