Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Elm” uşaq istirahət düşərgəsinə növbəti yollanış təşkil olunub
11.07.2018 11:30
  • A-
  • A
  • A+

“Elm” uşaq istirahət düşərgəsinə növbəti yollanış təşkil olunub

İyulun 11-də AMEA əməkdaşlarıın ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Dendrologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan “Elm” uşaq istirahət düşərgəsinə növbəti yollanış təşkil olunub.

Budəfəki yollanışda 14 gün ərzində AMEA əməkdaşlarının 36 övladı (6-13 yaş) dincələcək və əylənəcəklər. Uşaqların günlərinin maraqlı keçmələri üçün bu istirahət mərkəzində hər cür şərait yaradılıb. İki ədəd hovuz, futbol, voleybol meydançaları uşaqların ixtiyarına verilib. Bilyard, stolüstü tennis, şahmat, dama, domino, nərd həvəskarları da unudulmayıb. Ərazidə uşaqların xüsusi marağına səbəb olacaq mini zoopark da yaradılıb.

Bundan əlavə, düşərgənin iştirakçıları Abşeronun tarixi abidələrini ziyarət edəcəklər. Onlar Murtuza Muxtarovun, Hacı Zeynalabdin Tağıyevin bağ evlərinə, “Qala” tarixi memarlıq qoruğuna, “Binə” Atçılıq Mərkəzinə, Zirə Eko parkına ekskursiyalar edəcəklər.

Uşaqların qayğısına təcrübəli mütəxəssislər qalacaq.

Qeyd edək ki, bu təşəbbüs AMEA Azad Həmkarlar İttifaqı tərəfindən təşkil olunub. Yay mövsümü ərzində sözügedən istirahət mərkəzinə 5 gediş planlaşdırılıb. Düşərgədə ilk növbə 25 iyun-8 iyul tarixlərində baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: