Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Rafiq Yunis-Əli oğlu Qasımov” adı biblioqrafiya nəşr olunub
18.07.2018 13:18
  • A-
  • A
  • A+

“Rafiq Yunis-Əli oğlu Qasımov” adı biblioqrafiya nəşr olunub

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Elmi Kitabxana tərəfindən “Rafiq Yunis-Əli oğlu Qasımov” adı biblioqrafiya nəşr olunub.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından olan biblioqrafiya AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 1954-2017-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir.

Kitaba alimin həmin illərdə dövri mәtbuatda Azərbaycan və rus dillərində çap olunmuş məqalələri, monoqrafiyaları, elmi rəhbəri olduğu dissertasiyalar, həmçinin R.Qasımovun həyatı, elmi-təşkilatı və ictimai fəaliyyəti, balıqçılıq təsərrüfatları üçün hazırladığı tövsiyyələr və onların tətbiqi haqqında materiallar daxil edilib.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan biblioqrafik göstәricidә әdәbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildә isә әlifba sırası gözlәnilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: