Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
04.05.2014 00:00
  • A-
  • A
  • A+

“Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

2-3 may 2014-cü il tarixlərdə Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirin təşkilatçıları Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Texnologiya Universiteti, AMEA İqtisadiyyat İnstitutu və AMEA Gəncə Bölməsi idi.

Plenar iclasda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev məruzə ilə çıxış edib. Tədbirin sonunda bəyannamə qəbul olunub.

Qeyd edək ki, İqtisadiyyat İnstitutu əməkdaşlarının da iştirak etdiyi konfransın materialları çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: