Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nanoquruluşlar biologiya və kimyada” kitabı nəşr olunub
23.07.2018 15:18
  • A-
  • A
  • A+

“Nanoquruluşlar biologiya və kimyada” kitabı nəşr olunub

AMEA Dendrologiya İnstitutunun Bitki ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov və Ülviyyə Həsənovanın həmmüəllifi olduqları “Nanoquruluşlar biologiya və kimyada” kitabı çapdan çıxıb.

XXI əsrdə biologiya və kimyanın inkişaf istiqamətlərini geniş oxucu kütləsinə çatdıran kitabda müəlliflər həyat proseslərinin yaranması, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlərin formalaşması, canlıların mənşəyi və inkişafı, həyatın yaranması məsələlərini ətraflı izah ediblər. Nəşrdə molekulların istiqamətlənmiş hərəkəti, membranın yaranma prinsipləri və nanohissəciklərin rolu haqqında geniş məlumat verilir.

Kitabdan bioloqlar, həkimlər, ekoloqlar, kimyaçılar, fizika sahəsində çalışan alimlər faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: