Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
24.07.2018 11:13
  • A-
  • A
  • A+

AMEA-da “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Cari ilin 18 oktyabr tarixində AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın keçirilməsinin əsas məqsədi alimlərin innovativ ideya və elmi nəticələrinin paylaşılması və müzakirə olunması üçün uyğun platforma təqdim etmək, tədqiqatçıların səmərəli əməkdaşlıq etmələrinə şərait yaratmaqdır.

Məqalələrin göndərilməsi üçün son tarix – 20 sentyabr 2018-ci il

Məqalələrin tərtibinə dair tələblər:

- Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifədən az olmamalı, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,15 interval, abzas 1,0 olmalıdır;

- Məqalənin əvvəlində yazıldığı dildə xülasə və açar sözlər, məqalənin sonunda isə ədəbiyyat siyahısından əvvəl ingilis dilində xülasə və açar sözlər göstərilməlidir;

- Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 12), təşkilat, vəzifə, e-mail ünvanı və şəhərin adı adi şriftlə (ölçü 12) yazılmalıdır;

- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12) yazılmalıdır;

- Məqalənin mətnində qaynaqlara istinad, mötərizədə müəllifin (müəlliflərin) soyadı, çap ili qeyd olunmaqla verilir (məs.: (Məmmədov, 2009), (İmanov və Həsənli, 2001), (Dünya Bankı, 1999). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilməlidir (ölçü 12).

Konfransda iştirak etmək istəyənlər məqalələrini economicsaz60@gmail.com  email ünvanına göndərə bilərlər.

Təşkilat Komitəsi təqdim edilən məqalələri konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək.

Ünvan: AZ1143, Bakı şəhəri, H.Cavid prospekti, 115, İqtisadiyyat İnstitutu

Əlaqə nömrəsi: (+994 12) 510 37 92        

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: