Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Otaq bitkiləri havanın təmizliyinə nəzarət edəcək
25.07.2018 10:11
  • A-
  • A
  • A+

Otaq bitkiləri havanın təmizliyinə nəzarət edəcək

ABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyini izləmək üçün otaq bitkilərindən istifadə etməyi təklif edirlər.  Onların fikrincə, modifikasiya olunmuş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilərlər.

oane.ws saytı yazır ki, bitkilər havada olan zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilirlər. Bu, meduzadan əldə edilən xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.

Yeni yaradılan bitki növləri radon kimi təhlükəli maddələrə və havada olan insan sağlamlığı üçün təhlükəli birləşmələrə reaksiya verə biləcəklər.

  • Paylaş: