Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Alimlər Suraxanı rayonu ərazisində çöl-tədqiqat işləri aparıblar
25.07.2018 17:23
  • A-
  • A
  • A+

Alimlər Suraxanı rayonu ərazisində çöl-tədqiqat işləri aparıblar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının bərpası, bu sahədə müvafiq tədbirlərin görülməsi üçün birgə tədqiqatlarını davam etdirir.

“Keçmiş yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aqrar elmlər üzrə fəlsəfə doktorları Fərhad Sadıqov, Zakir Əliyev, Elton Məmmədov, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları və AMEA-nın Yüksək Texnologiyalar Parkının nümayəndələri Suraxanı rayonu ərazisində çöl-tədqiqat işləri aparıblar.

Çöl-tədqiqat işlərinin əsas məqsədi torpaqlarda çirklənmə səviyyəsi və çirkləndiricilərin dron məlumatları əsasında tədqiqi və modelləşdirilməsinə nail olmaqdır. Nəticədə həmin sahədə rekultivasiya işlərinin aparılması, çirklənmiş ərazinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası üçün təkliflərin verilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: