Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fermerlər üçün sahə məsləhət xidmətləri həyata keçirilib
26.07.2018 16:58
  • A-
  • A
  • A+

Fermerlər üçün sahə məsləhət xidmətləri həyata keçirilib

“Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” adlı layihə çərçivəsində fermerlər üçün sahə məsləhət xidmətləri həyata keçirilib.

Bu məqsədlə layihənin ekspertləri AMEA Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və Regional Kənd Təsərrüfatı idarələrinin əməkdaşları ilə birgə Şəki, Qax və Zaqatala rayonlarında iştirakçı fermerlər üçün praktiki sahə məsləhət günü təşkil ediblər.

Görüş zamanı ekspertlər fermerlərlə birgə fındıq bağlarına və tərəvəz əkinlərinə baxış keçiriblər. Baxış prosesində aşkarlanmış zərərvericilər və xəstəliklər haqqında fermerlərə ətraflı tətbiqi biliklər aşılanıb, onlara qarşı bioloji mühafizə vasitələrindən istifadə qaydaları üzrə tövsiyələr, eyni zamanda, təsərrüfatlarda bitkilərin vegetasiya dövründə həyata keçirilməsi zəruri olan aqrotexniki qulluq üzrə yol verilmiş nöqsanlar barədə müvafiq məsləhətlər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: