Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Almazdan daha sərt olan mineral aşkar edilib
03.08.2018 12:52
  • A-
  • A
  • A+

Almazdan daha sərt olan mineral aşkar edilib

Ural Federal Universitetinin, Novosibirsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının Sibir Filialının Geologiya İnstitutunun alimləri tərəfindən Sibirə düşən meteoritin tərkibində “uakitit” adı verilən və almazdan daha sərt mineral aşkarlanıb.

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun rəhbəri Boris Şustovun sözlərinə görə, bu, çoxsaylı minerallar və maddələr kosmik şəraitdə formalaşır və Yer kürrəsində aşkar edilə bilməz.

Hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Tədqiqatçıların sözlərinə görə sarımtıl rəngli mineral şəffaf və metal parıltıya malikdir.

Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.

www.rueconomics.ru

  • Paylaş: