Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nəşə Təbrizinin divanının surəti əldə edilib
05.09.2018 11:12
  • A-
  • A
  • A+

Nəşə Təbrizinin divanının surəti əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.

Əsasən farsca yazılmış bu divanının sonunda şairin Azərbaycan türkcəsində yazdığı şeirləri toplanıb.

Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olub, Nadir şahın yürüşlərində iştirak edib. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibəti ilə yazılıb. Divanda şairin anadilli lirik şeirləri də vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: