Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirildi
08.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirildi

7 may 2014-cü il tarixdə AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan tarixçiləri” təşkilatının birgə səyləri ilə təşkil olunan tədbirdə YAP Səbail rayon sədrinin müavini Muxtar Maniyev, YAP Səbayıl rayon qadınlar məclisinin sədri, professor Nübar Muxtarova, YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin idarə heyəti üzvünün sədr müavini Riyad Məmmədzadə və başqaları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktor müavini Məhfuzə Zeynalova ümummilli liderin respublikada elm və mədəniyyətə göstərdiyi qayğıdan, onun Milli Azərbaycan Tarixi Muzeyinə dəfələrlə gəlməsi, muzeyin inkişafına verdiyi töhfələrindən danışdı.

Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirildi.

Sonra iştirakçılar Heydər Əliyevin örnək ola biləcək həyatı və fəaliyyəti barədə danışdılar.

Tədbir bədii hissə ilə davam etdi.

Bədii hissədə Azərbaycan uşaq və gənclərin Şülh şəbəkəsi SB musiqi qrupu, Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin “Dəniz” rəqs qrupu, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyev klubunun üzvləri, Sabunçu rayonu Elxan Misirxanov adına 71 saylı orta məktəb üzvlərinin ifasında H.Əliyevə həsr olunmuş şer və mahnılardan ibarət bədii kompozisiya nümayiş olundu.

Həmçinin, tədbir muzeyi ziyarət edən xarici turistlərin marağına səbəb oldu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: