Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Üzvi kimyaya aid yeni dərs vəsaiti
06.09.2018 09:37
  • A-
  • A
  • A+

Üzvi kimyaya aid yeni dərs vəsaiti

AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Misir Neft Araşdırmaları İnstitutunun direktoru, professor Əhməd M.Əl-Sabah, pedaqoji elmlər doktorları Mütəllim Abbasov və Almaz Tağıyevanın həmmüəllifi olduqları “Üzvi kimyanın əsas terminləri və konsepsiyaları” adlı dərs vəsaiti çapdan çıxıb.

Kitabda eyni material üç dildə - Azərbaycan, ingilis və rus dillərində verilib.

Dərs vəsaiti ali məktəb tələbələri, magistr, dissertant və doktorantlar üçün nəzərdə tutulub. Kitabdan abituriyentlər də istifadə edə bilər.

Kitabın yaxın zamanlarda Qahirədə ərəb dilində nəşri də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: