Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2014 00:00
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi

AMEA Neft-Kimya Prosesləri İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov H.Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışdı. Ulu öndərin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirildiyini, müasir Azərbaycan dövlətinin qurulduğunu və xalqımızın müstəqillik arzusuna çatdığını bildirdi.

Sonra institutun gənc əmədaşları H.Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı üçün gördüyü müstəsna xidmətlər, elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və gənc nəslin yetişməsinə verdiyi töhfələrdən bəhs etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: