Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək
11.09.2018 10:10
  • A-
  • A
  • A+

31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

2019-cu ildə məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadası (İOİ) Azərbaycanda təşkil olunacaq.

Bu barədə qərar 30-cu Beynəlxalq İnformatika Olimpiadasının Yaponiyanın Tsukuba şəhərində keçirilən yekun tədbirində verilib. Təşkilatçılar tərəfindən İOİ-nin bayrağı ölkəmizin Təhsil nazirinin müavini Firudin Qurbanova təqdim edilib.

Qeyd edək ki, respublikamız bu tədbirdə 24 dəfə, ümumilikdə 55 azərbaycanlı məktəbli ilə təmsil olunub. Şagirdlərimiz olimpiadadan bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: