Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.09.2018 11:51
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb

Azərbaycanlı alim Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Fuad Hacızadə Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalına layiq görülüb.

Alim ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, habelə kosmik tədqiqatlar sahəsində apardığı səmərəli araşdırmalarına görə bu mükafatla təltif olunub.

Professor F.Hacızadə elm sahəsində bir sıra önəmli ictimai vəzifələr daşımaqla yanaşı, “AZƏRSPEYS” peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması üzrə ilk İşçi Qrupun üzvü kimi fəaliyyət göstərib.

Qeyd edək ki, M.V.Lomonosov adına medal ekologiya və təhlükəsizlik üzrə elmə töhfə verən alim və mütəxəssislərə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: