Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Elm" qəzetinin növbəti sayı işıq üzü görüb
14.09.2018 10:13
  • A-
  • A
  • A+

"Elm" qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 14 sentyabr 2018-ci il tarixində işıq üzü görüb.

Qəzetin yeni sayında AMEA, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimlərinin və Kənd Təsərrüfatı Nazirliyinin məsul nümayəndələrinin birgə iclası, AMEA Orfoqrafiya Komissiyasının bəyanatı, Təbriz Universitetinin 70 illik yubileyi münasibətilə keçirilən tədbir, Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasının ilk iclası, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Monqolustana səfəri, akademiyada BMT-nin Qocalma İnstitutunun direktoru ilə görüş, “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans, Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, s.ü.f.d. Nadejda Aşeulovanın Elm Tarixi İnstitutuna səfəri, Seyid Nigari Qarabağinin divanı barədə tədqiqatlar, həmçinin yeni nəşrlər və s. materiallar işıqlandırılıb.

Bundan əlavə, "Elmin qapısını açan həmvətənimiz", "Yüksək qiymət", "Xəzərdən Qarabağa kimi", "Dövrün vicdanı", "Qədim Şumer lüğətləri" və "Yeni yollar kəşf edən alim" adlı məqalələr yer alıb.

Qəzetdə, həmçinin «Встреча с послом острова Свободы», «Повышая оперативность контроля», «Каспийская конвенция: горизонты научного сотрудничества», «Быть ли проку от отходов?», «У подножий недостроенных колонн», «На смену "нефтяной игле"» və digər məlumatlarla tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: