Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Kamal Abdulla Bilik Günündə məktəblilərə mühazirə oxuyub
17.09.2018 10:35
  • A-
  • A
  • A+

Akademik Kamal Abdulla Bilik Günündə məktəblilərə mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev sentyabrın 15-də - Bilik Günündə Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

Tədbirdə yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edən K.Abdulla onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, ümummilli liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib. Bu, xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. 

Qeyd olunub ki, Azərbaycan dilinə Şah İsmayıl mövqeyindən yanaşaraq bu dilin dövlət dili səviyyəsinə yüksəldilməsi, ədəbiyyatımızın və mədəniyyətimizin korifeylərinə və hazırkı nümayəndələrinə daim həssaslıqla yanaşılması, onları daim xalqın gözləri önündə tutması, maddi və mənəvi mədəniyyət abidələrimizə dövlət qayğısı, dövlətçilik tariximizə, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tariximizə ehtiram, müasir Azərbaycanın AXC-nin varisi elan olunması və s. ulu öndərin xalqımızın milli mənəvi dəyərlərinin qorunması məsələsində ortaya qoyduğu prinsipial mövqelərdir. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə və şərəflə davam etdirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: