Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək
14.05.2014 00:00
  • A-
  • A
  • A+

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

İyunun 4-5-də AMEA Memarlıq və İncəsənət İnstitutunda “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Tədbirdə Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə ediləcək.

Bu gün ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallığa malik konfransın keçirilməsi Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan vəzifələrin həlli yolunda əhəmiyyətli rol oynayacaq.

Konfransda qeyd olunan sahələrlə məşğul olan bütün alim və mütəxəssislər iştirak edə bilərlər. İştirakçı haqqında məlumat və məruzənin tezisləri ərizə forması ilə birlikdə elektron formada mayın 15-dək vidadi-qafarov@rambler.ru elektron ünvanına göndərilməlidir.

Əlaqə telefonu: (050) 344-70-88

Qeyd edək ki, konfransın məruzələri institutun “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: