Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə monoqrafiya Moskvada nəşr olunub
20.09.2018 10:15
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondunun qrant layihəsi üzrə monoqrafiya Moskvada nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi birinci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsinin qalibi olmuş layihə üzrə “α-Sianotioasetamid” adlı monoqrafiya Moskvada rus dilində nəşr edilib.

Kitabın müəllifləri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, kimya elmləri doktoru Namiq Şıxəliyev, Taras Şevçenko adına Luqansk Dövlət Universitetinin professoru Vladimir Dyaçenko, həmin universitetin dosenti İvan Dyaçenko və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, kimya elmləri doktoru Valentin Nenaydenkodur.

Monoqrafiya “Kimya aləmi” seriyası üzrə nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: