Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiyada elmi ezamiyyətdə olub
24.09.2018 16:27
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiyada elmi ezamiyyətdə olub

AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə dokoru, dosent Elman Yusifov Rusiyanın Orenburq şəhərində elmi ezamiyyətdə olub.

Alim səfər çərçivəsində Orenburq Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Ural filialının Çöl İnstitutu, Coğrafiya İnstitutu, o cümlədən Heyvanlar və Bitki Ekologiyası İnstitutunun rəhbərləri ilə görüşlər keçirib, müştərək layihələr haqqında müzakirələr aparıb və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib.

E.Yusifov, həmçinin Böyük Avrasiya Çölləri VIII Beynəlxalq Forumunda iştirak edib və plenar iclasda məruzəsini təqdim edib.

Forum çərçivəsində o, Çöl İnstitutunun direktoru, akademik V.Çibilovun dəvəti ilə Orenburq Dövlət Təbiət Qoruğu ərazisində Prjeval atlarının reintroduksiya edildiyi Orenburq Tarpaniyasını ziyarət edib. Burada Azərbaycanın əlverişli ərazilərinə zubr və sayqakların reintroduksiya edilməsinin perspektivləri və nəzəri əsasları barədə müzakirələr aparılıb.

Bundan başqa, E.Yusifov Rusiya Federasiyasında çap olunan “Ekoloji monitorinq və biomüxtəliflik” jurnalının redaksiya heyətinə üzv seçilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: