Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu" çap olunub
25.09.2018 09:54
  • A-
  • A
  • A+

"Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu" çap olunub

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb.

Nəşrin tərtibçisi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov və Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovdur.

Kataloqda əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılan və elmin müxtəlif sahələrinə aid olan əsərlər yazıldığı və ya çap olunduğu tarixlər üzrə xronoloji ardıcıllıqla verilib.

Əlyazmalar Fondunda mühafizə olunan 48 əlyazma və 134 əski çap kitabının qısa təsvirinin verildiyi kataloqun elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: