Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycanlı alimlər Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa dəvət olunublar
28.09.2018 09:22
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa dəvət olunublar

Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimov AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) olublar.

GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov qonaqlara institutun yaranma tarixi, fəaliyyət sahələri, elm sahəsində qazandığı nailiyyətlər, alimlərin maraqlı tədqiqatları barədə məlumat verib. GGİ-də yaradılmış iş şəraitindən və AMEA rəhbərliyinin əməkdaşlara göstərdiyi diqqət və qayğıdan danışan D.Hüseynov son illərdə institut alimlərinin səyi ilə çap edilmiş elmi kitabları qonaqlara təqdim edib.

Sonra rusiyalı alimlər GGİ-nin şöbə və elmi laboratoriyalarında aparılan tədqiqat işləri ilə maraqlanıblar. Şöbələrin məhsuldar fəaliyyətini yüksək qiymətləndirən qonaqlar azərbaycanlı alimləri Moskvaya - Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa və təcrübə mübadiləsinə dəvət ediblər.

Görüşdə rusiyalı alimlərlə elm sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: