Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan-Rusiya Regionlararası Forumu: “dəyirmi masa”lardan biri humanitar sahədə əməkdaşlığa həsr edilib
28.09.2018 09:28
  • A-
  • A
  • A+

Azərbaycan-Rusiya Regionlararası Forumu: “dəyirmi masa”lardan biri humanitar sahədə əməkdaşlığa həsr edilib

Sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr edilən “dəyirmi masa” təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanov dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu bildirib. O, hər iki ölkənin prezidentinin ikitərəfli münasibətlərin genişlənməsini daim diqqətdə saxladığını vurğulayıb.

F.Qurbanov qeyd edib ki, azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır. Hər il ölkəmizdə rus dili olimpiadaları keçirilir. Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. 

Daha sonra Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) prorektoru Artyom Malgin çıxış edərək Rusiya-Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyası çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.

“Dəyirmi masa”da təhsil, elm, mədəniyyət və idman sahələrində layihələrin həyata keçirilməsi, gənclər arasında əməkdaşlığın aktivləşdirilməsi, humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub, hər iki ölkənin humanitar sahədə təcrübəsini, bu sahədə qazanılmış uğurları əks etdirən, eləcə də təhsil müəssisələrinin proqramlarına dair təqdimatlar keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: