Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib
28.09.2018 11:09
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı “ADEX-2018” sərgisində ilk dəfə hərbi və mülki yönümlü məhsullarını nümayiş etdirib

Məlum olduğu kimi, 25-27 sentyabr 2018-ci il tarixlərində Bakıda Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilib.

Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) da iştirak edib. Sərgidə YT Parkın hərbi yönümlü məhsulları - pilotsuz uçan aparatlar (PUA), dronlar, minapartladan sistemlər, zirehli gödəkçələr, o cümlədən mülki yönümlü məhsulları nümayiş olunub.

YT Parkın nümayiş olunan məmulatlarına Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Pakistan, Sudan, Rusiya və digər ölkələrin nümayəndələri də xüsusi maraq göstəriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: