Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı Türkiyədə beynəlxlaq treninq-seminarda iştirak edir
15.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı Türkiyədə beynəlxlaq treninq-seminarda iştirak edir

AMEA Geologiya və Geofizika İnstitutunun gənc əməkdaşı İstanbul Texniki Universitetində beynəlxlaq treninq-seminarda iştirak edir.

İnstitutun geodinamika və seysmologiya şöbəsinin elmi işçisi Bəhruz Əhədov “Zəlzələ Mühəndisliyi və Fəlakət İdarəetməsi” proqramı çərçivəsində Türkiyə alimlərinin zəlzələ mühəndisliyi və fəlakətlərin idarə olunması istiqamətində tədqiqatlarının nəticələrini araşdırır. Bu tədqiqatlar dünyada baş vermiş zəlzələlərin qardaş ölkədə toplanılmış məlumatları üzərində aparılıb. Hazırda İstanbul Texniki Universitetinin alimləri həmin məlumatları və nəticələri seminar iştirakçıları ilə bölüşür.

Seminara Azərbaycanla birgə 14 ölkədən nümayəndə iştirak edir.

Adıçəkilən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirir ki, geodinamika və seysmologiya sahələrində gənc kadrların yetişdirilməsi məqsədi ilə indiyədək Türkiyənin bir çox elmi müəssisələri ilə birgə layihələr həyata keçirilmiş, həmçinin təcrübə mübadilələri aparılmışdır. Onun sözlərinə görə, B.Əhədovun seminarda iştirakı institutun uğurlu kadr siyasətinin tərkib hissəsidir.

Mayın 16-dək davam edəcək treninq-seminar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə üç illik proqram çərçivəsində həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: