www.science.az
02.10.2018 09:51

Çeçenistan Respublikasının naziri Milli Azərbaycan Tarixi Muzeyində olub

Rusiya Federasiyasının Çeçenistan Respublikasının Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Canpolad Umarovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Muzeyin elmi katibi, t.ü.f.d, dos. Fərhad Cabbarovla görüşdə qonaqlara müəssisənin tarixi, fəaliyyət istiqamətləri, o cümlədən Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi haqqında məlumat verilib, onlara H.Z.Tağıyevin kitab-albomu hədiyyə edilib.

Qonaqlar daha sonra muzeyin ekspozisiya zalları və H.Z.Tağıyevin ev muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.