Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albom çap edilib
04.10.2018 09:14
  • A-
  • A
  • A+

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albom çap edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Səbuhi Əhmədov, Emin Məmmədov və Nurəngiz Qarayevanın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albomu nəşr edilib.

Kitab-albomda muzeyin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilib. Həmin nümunələrin bir qismi XX əsrin 20-80-ci illərində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı tapılıb. Onların arasında müvafiq elmi-tədqiqat müəssisələrinin apardığı arxeoloji axtarışlar zamanı tapılmış nümunələr də yer alıb.

Eyni zamanda, Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və ölkəmizin digər bölgələrində tapılmış müxtəlif silah növləri (qılınclar, xəncərlər, bıçaqlar, döyüş yabaları, nizə, ox ucluqları, baltalar və s.) haqqında məlumatlar kitaba daxil edilib. 

Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır

Kitab-albom tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: