Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Kitabxanada “Teymur Kərimli-65” adlı sərgi açılıb
05.10.2018 09:35
  • A-
  • A
  • A+

Milli Kitabxanada “Teymur Kərimli-65” adlı sərgi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb.

Sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərlər, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar, onun haqqında yazılan qəzet və jurnal materialları nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: