Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Fatimeyi-Zəhraya həsr olunan tədqiqat işi işıq üzü görüb
05.10.2018 10:04
  • A-
  • A
  • A+

Fatimeyi-Zəhraya həsr olunan tədqiqat işi işıq üzü görüb

Hacı Həsən Hüseyninin “Ya Zəhra (s.ə.), nəzərin ayırma bizdən” adlı kitabı nəşr olunub.

AMEA-nın Məhəmməd Füzuli adəna Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab Əhli-beyt aşiqi Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilib.

Kitaba ön sözü Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyalın və fil.ü.f.d. Vərağa Almasov yazıb.

Əsərin giriş hissəsində Qurani-Kərimin bəşəriyyəti düzgün yola çağırmasından, insanlığı cəhalətdən xilas etməsindən danışılır.

İki hissədən ibarət olan əsərin birinci hissəsi 5, ikinci hissəsi 6 bölümdən ibarətdir. Birinci hissədə müəllif Həzrəti Fatimeyi-Zəhranın (s.ə.) həyat və fəaliyyətindən, onun haqqında nazil olmuş Quran ayələrindən, paklıq mücəssəməsi kimi ülviliyindən və məsumluğundan konkret nümunələr gətirir. Kitabın ikinci hissəsində Həzrəti Məhəmmədin (s.a.s.) dünyaya gəlişindən, peyğəmbərlik məqamına çatmasından, insanları haqq din olan İslama dəvət etməsindən, qızı həzrəti Fatiməyə nəsihətlər verməsindən bəhs edilir.

Kitabın sonunda Məhəmməd Füzuli, Qumri Dərbəndi, Məhəmmədhüseyn Şəhriyar, Ənvər Nəzərli, Hacı Ələmdar Mahir, Şahin Fazil və digər şairlərin Fatimeyi-Zəhraya həsr olunmuş şeirlərindən nümunələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: