Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb
09.10.2018 15:02
  • A-
  • A
  • A+

“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilir, nəzəri və praktiki baxımdan ümumiləşdirilir.

Nitq mədəniyyətinin linqvostilistik prinsiplərinə dair geniş məlumatların yer aldığı kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır.

Nəşrin müəllifləri akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktorları Samirə Mərdanova və Aysel Qəriblidir.

Kitab alim və mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün də nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: