www.science.az
09.10.2018 16:08

"Elm və İnnovasiya" proqramının növbəti qonağı “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev olacaq

Oktyabrın 9-da saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər, o cümlədən hazırkı və gələcək peyk layihələrinin müzakirəsinə həsr olunacaq.

Proqramın qonağı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.