Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axtarışlar” jurnalının növbəti sayında folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində aparılan tədqiqatlar dərc olunub
11.10.2018 14:39
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının növbəti sayında folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində aparılan tədqiqatlar dərc olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının növbəti sayı işıq üzü görüb.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin baş redaktorluğu ilə ildə 4 dəfə işıq üzü görən jurnalın növbəti sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində apardıqları müxtəlif mövzulardakı tədqiqatları oxuculara təqdim olunub.

Elmi-ədəbi toplunun Biblioqrafiya bölməsində AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” və AMEA-nın müxbir üzvü Ə.Quliyevin “Runologiyanın öyrənilməsində yeni səhifə” adlı məqalələri yer alıb.

Jurnalda, həmçinin “Məişət nağıllarının tərbiyəvi əhəmiyyəti”, “Baba Nemətullah Naxçıvaninin təsəvvüf dünyasında yeri”, ““Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan dialekt və şivələrindəki atalar sözü, zərbi-məsələlərin müqayisəli təhlili”, “Qədim Oğuz Türk Tanrı inancının Naxçıvan ərazisi toponimlərində izləri”, “Naxçıvan abidələri Azərbaycanın dövlətçilik tarixinin bir hissəsi kimi”, “Möminə xatın türbəsinin kitabələrində adları əks olunan şəxsiyyətlər” və digər elmi məqalələr dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: