Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
15.10.2018 12:46
  • A-
  • A
  • A+

Akademik Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim ediləcək.

Konsertdə Arif Məlikovun unudulmaz və təkrarsız bəstələri “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, "Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək.

Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: