Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri çap olunub
15.10.2018 15:10
  • A-
  • A
  • A+

“Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovanın “Müntəxəbut-toriyyə” Əbdülkərim ağa Badkubinin tərcüməsində” əsəri işıq üzü görüb.

Akademik Vasim Məmmədəliyevin redaktorluğu ilə çap olunan kitab Həzrət Məhəmməd Peyğəmbərin (s.a.s.) göstərişilə Hz. Əlinin (ə.s) Tövratdan etdiyi 40 surənin tərcüməsindən bəhs edir.

Nəşrə “Müntəxəbut-toriyyə” əsərini Azərbaycan dilinə tərcümə etmiş Əbdülkərim ağa Badkubinin həyat və yaradıcılığından bəhs edən oçerklə yanaşı, tərcümə mətninin transfoneliterasiyası da daxil edilib. Bundan əlavə, kitaba bu əsərin institutda mühafizə edilən əlyazmalarından biri və Ə.Badkubinin öz xətti ilə olan əlyazmasının faksimile surəti əlavə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: