Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin ikinci və üçüncü cildləri çapdan çıxıb
17.10.2018 09:33
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin ikinci və üçüncü cildləri çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin ikinci və üçüncü cildləri işıq üzü görüb.

"Romantizmin nəzəriyyəsi" adlı ikinci cildin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçisi fil.ü.f.d., dos. Fidan Qasımovadır. 

İkinci cild bütövlükdə “Azərbaycan romantizminin poetikası” monoqrafiyasını əhatə edir. Cilddə romantik qəhrəman konsepsiyası, qəhrəmanın fövqəltəbiəti və tənhalığı, zaman və məkan daxilindəki hərəkəti, təbiət və mifoloji obrazların simvolik xarakteri, Qərb və Şərq, yaxın və uzaq, həyat və ölüm kimi poetik qarşıdurmalar Azərbaycan romantizminin poetikasını müəyyənləşdirən əsas problemlər kimi təhlil edilib. 

Kamran Əliyevin 10 cildlik əsərlərinin “Hüseyn Cavid” adlanan üçüncü cildinin elmi redaktoru və "Ön söz"ün müəllifi professor Şirindil Alışanlı, tərtibçisi fil.ü.f.d. Aytac Abbasovadır. Cilddə böyük şair və dramaturq Hüseyn Cavidin həyatı və şəxsiyyəti, ədəbiyyata baxışı, poeziyası və dramaturgiyası, folklorla əlaqəsi və sənətkarlıq məziyyətləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: