Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
18.10.2018 15:36
  • A-
  • A
  • A+

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

13-14 noyabr 2018-ci il tarixlərində Radiasiya Problemləri İnstitutunda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələr aparılacaq.

Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən məqalələr “Journal of Radiation Researches” jurnalının növbəti nömrəsində çap ediləcək. Qeydiyyatdan keçmək və məqalə göndərmək üçün son qəbul tarixi 5 noyabr 2018-ci ildir.

Tel: (+994 12) 538 32 24 (132); (+994 12) 510 05 92.

Ünvan: Bakı şəh., B.Vahabzadə 9.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: