Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.10.2018 16:38
  • A-
  • A
  • A+

SOCAR-da akademik Vaqif Abbasovla görüş keçirilib

SOCAR-da akademik Vaqif Abbasovla görüş keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüş keçirilib.

Görüşdə idarənin rəhbər və mühəndis-pedaqoji işçiləri, həmçinin Sumqayıt Təlim, Tədris Mərkəzinin şagirdləri iştirak ediblər.

Azərbaycan Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə idarənin rəisi Fuad Süleymanov çıxış edərək akademikin həyat və yaradıcılığından, elmi nailiyyətlərindən və pedaqoji fəaliyyətindən danışıb.

Sonra akademik Vaqif Abbasov “Gənc kadrların karyera inkişafı və gənclərin vətənpərvərlik ruhunda böyüməsi” mövzusunda çıxış edib. Alim çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizdə gənc kadrların yetişdirilməsi istiqamətində gördüyü işlərdən, neft-kimya sənayesinin inkişafındakı rolundan söz açıb. O, gəncləri vətənpərvər ruhda böyütmək üçün vətənə, xalqa, bayrağa sevgi yaratmağın zəruriliyini bildirib.

Alim daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb, özünün müəllifi olduğu kitabları hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: